Erməni tərəfi itkilərinin daha bir hissəsini açıqladı

Erməni tərəfi Dağlıq Qarabağda gedən döyüşlər zamanı ölən hərbçilərin sayını açıqlayıb.

 

APA-nın məlumatına görə, qondarma “DQR” müdafiə nazirliyindən “RİA Novosti”yə bildiriblər ki, döyüş zamanı 56 erməni hərbçi ölüb.

 

“Aprelin 7-nə olan məlumata görə, itkilərimiz 36 nəfər idi. Ötən günlərdə daha 20 meyit tapılıb, yaxud da Azərbaycan tərəfindən bizə təhvil verilib. Beləliklə, ölənlərin sayı 56 nəfərə çatıb”, - deyə qondarma rejimin müdafiə nazirliyindən qeyd ediblər.

 

Həmçinin bir erməni hərbçinin hələ də itkin düşmüş hesab edildiyi açıqlanıb.

Müəllif | Apa.Tv
Apa.tv