Şəmkirdə taxta sexində partlayış: 1 yaralı

Bu gün səhər saatlarında Şəmkir rayonu, Yeni Həyat kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv. m olan taxta yeşiklərin emalı sexinin ərazisində sahəsi 50 kv. m olan gözətçi otağında yanğınla nəticələnən partlayış baş verib.

 

APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, partlayış zamanı otağın qapı-pəncərə çərçivələri, lambirindən ibarət tavan dağılıb və otağın yanar konstruksiyaları yanıb.

 

Partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb. Gözətçi otağın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Hadisə zamanı xəsarət alan fəhlə, 1966-cı il təvəllüdlü Şəki rayon sakini Laçın Adamov əvvəlcə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına, sonra Gəncədəki xəstəxanalardan birinə aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv