Bakı-Quba yolunda qəza: 5 nəfər xəsarət aldı
Ötən gün Bakı-Quba-Rusiya Federasiyası yolunun Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, "VAZ-2109" markalı avtomaşınla yük avtomobili toqquşub.
Qəza nəticəsində minik maşınında olan 5 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar - Şabran rayonunun Uzunboyad kənd sakinləri, 1977-ci il təvəllüdlü Bağırova Elnarə Şakir qızı, 1955-ci il təvəllüdlü Fərmanova Nadya Şıxcənnət qızı, 1980-ci il təvəllüdlü Fərmanov Rahib Şakir oğlu, 2001-ci il təvəllüdlü Bağırova Fidan Məmməd qızı və 1988-ci il təvəllüdlü Fərmanova Minayə Qərib qızı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
İlkin tibbi müayinədən sonra vəziyyətləri ağır olan E.Bağırova, N.Fərmanova və R.Fərmanov paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib. Digər iki nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.