Babək prospektində inanılmaz qəza! “BMW” bir neçə dəfə “salto” vurdu! - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Bakıda inanılmaz yol qəzası baş verib. Hadisə Babək prospektində qeydə alınıb. Babək prospekti ilə Günəşli istiqamətində hərəkət edən “BMV” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb. Bir neçə dəfə aşan avtomobil qarşı yoldakı maşınların qarşısına düşüb. Hadisə zamanı sürücü ağır yaralanıb, təcili tibbi yardım maşını yaralanmış sürücünü xəstəxanaya

 

çatdırıb. Maşında olan sərnişin isə yüngül xəsarət alıb. O polisə verdiyi ilkin açıqlamada qəzanın qarşıdan keçən maşının təhlükəli manevr etməsi səbəbindən baş verdiyini deyib. Qəzanın səbəbləri Nizami rayon polis bölməsi tərəfindən araşdırılır. APA TV qəzanın mebel mağazasının müşahidə kameralarına düşmüş eksklüziv görüntülərini də əldə etməyə müvəffəq olub.

Müəllif | Apa.Tv
Almaz Qasımova