Düşmən itkilərinin daha çox olduğunu etiraf edir - ÖLÜ SAYI ARTDI
Erməni tərəfi Dağlıq Qarabağda gedən döyüşlər zamanı ölən daha beş hərbçisinin adını açıqlayıb. APA TV-nin məlumatına görə, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurn Ovannisyan onların fotolarını öz "Facebook" səhifəsində paylaşıb.
Öldürülən düşmən əsgərləri 1997-ci ildə Ermənistan Respublikasının Abovyan şəhərində anadan olmuş, hərbi xidmət hərbi qulluqçusu Artur Gevorkyan, 1996-cı ildə Ermənistanın Kotayk rayonunda dünyaya gələn, sıravi əsgər Kajik Simonyan, 1996-cı ildə Ermənistanın Ararat rayonu doğulan, əsgər Artur Esayan, 1996-cı ildə Ermənistanın Geqarkun bölgəsində dünyaya gələn, sıravi Norik Simonyan və 1993-cü ildə Emənistanın Ararat rayonunda anadan olan, müddətdən artıq hərbi xidmət keçən Robert Abramyandır.
Xatırladaq ki, buna qədər Ermənistan tərəfi aprelin 2-dən 5-nə qədər baş verən döyüşlərdə 56 altı hərbçisini itirdiyini açıqlayıb.