Daha bir erməni polkovniki və 2 hərbçisi məhv edildi
Erməni tərəfi Dağlıq Qarabağda gedən döyüşlər zamanı ölən hərbçilərinin siyahısını davam etdirir.
APA TV-nin məlumatına görə, Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurn Ovannisyan Ermənistan ordusunun polkovnikinin və daha iki hərbçisinin öldürüldüyünü açıqlayıb və onların fotolarını öz "Facebook" səhifəsində paylaşıb.
Öldürülən düşmən ordusunun polkovniki Corc Arakelyan 1982-ci ildə Ermənistanın Gümrü şəhərində anadan olub. Digər iki hərbçi də Ermənistan doğumludurlar. Serjant Xaçatur Saakyan 1996-cı ildə İrəvanda, sıravi Boris Ozamanyan isə 1996-cı ildə Armavir şəhərində dünyaya gəlib.
Xatırladaq ki, bu gün Ermənistan tərəfi aprelin 2-dən 5-nə qədər baş verən döyüşlərdə 56 altı hərbçisini itirdiyini açıqlayıb. Daha sonra isə bu siyahıya daha beş hərbçisinin adını əlavə edib.