Bakıda 50 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı
Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Süleyman Tağızadə küçəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən doqquzmərtəbəli binanın 9-cu mərtəbəsindən bir qadın özünü yerə ataraq intihar edib. Dərhal hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşları cəlb olunub.
Hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları ilkin araşdırmadan sonra intihar edən qadının 50 yaşlı Rüxsarə Əliyeva olduğu müəyyən edilib.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.
Ətrafda yaşayan şəxslərin sözlərinə görə, qadının psixi problemləri olub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.