Roqozin: "Sübut olundu ki, Qarabağ problemi dondurulmuş münaqişə deyil"
Rusiya Azərbaycan və Ermənistana silahı maraqları balanslaşdıraraq satır.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin bəyan edib.
“Biz Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl etməklə satırıq. Əgər Rusiya bundan əl çəksə, onun yerini ABŞ və digər ölkələr tutacaq”, deyə D.Roqozin bildirib.
D.Roqozin Dağlıq Qarabağda son hadisələri də şərh edib.
“Artıq aydın olur ki, dondurulmuş münaqişələri nizamlamaq lazımdır. Ona görə ki donmuş münaqişələr vaxtaşırı fəallaşır”.