Ermənistan müdafiə nazirinin müavini: "İsrail eyni silahları bizə də satıb, sadəcə..."

"Ermənistan silah ticarəti üçün açıq ölkədir, amma bəzi siyasi məhdudiyyətlər var ki, bunlar da ixrac üzərində nəzarətlə bağlıdır. Avropa İttifaqı ölkələri, ABŞ Ermənistana və Azərbaycana silah satışını məhdudlaşdırıb, bu, bölgədə hərbi güc balansının pozulmaması üçün atılan addımdır".

 

APA TV-nin Ermənistan saytlarına istinadən xəbərinə görə, bu fikirləri Ermənistan müdafiə nazirinin müavini David Tonoyan deyib.

 

Nazir müavini prezident Serj Sarkisyanın "erməni ordusu 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür" sözlərinə də aydınlıq gətirib. "Bizim arsenalımız doğrudan da tam müasir deyil. İsrail isə eyni silahları bizə də satıb. Sadəcə bizim həmin silahlardan istifadə etmək imkanımız olmadı. Azərbaycan tərəfinin İsraildən aldığı pilotsuz uçan aparatla erməni könüllüləri daşıyan avtobusu vurması iddiasına gəlincə, o anda avtobusun məhz həmin hərbi avadanlıqla vurulması ağlabatan deyil. Zərbəni başqa silahla da endirmək olardı. Bunun üçün baha qiymətə alınan pilotsuz uçan aparatdan istifadə edilməsi məntiqsiz görünür", - deyə Tonoyan əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv