İsrail “dronları”nın yeni partiyası yaxın günlərdə Azərbaycana veriləcək
Yaxın günlərdə İsrail son nəsil texnologiyaları əsasında hazırlanmış pilotsuz uçuş aparatlarının yeni partiyasını Azərbaycana təhvil verəcək. APA TV-nin İsrail mətbuatına istinadən yaydığı məlumata görə, “dronların” Azərbaycana verilməsi İsraillə imzalanmış müqavilə əsasında həyata keçirilir. Müqavilənin ümumi dəyəri 5 milyard dollardır.
Xatırladaq ki, 2007-ci ildə Azərbaycanla İsrail arasında silah alqı-satqısına dair 1,6 milyard dollarlıq saziş imzalanıb. İsrail pilotsuz uçuş aparatlarından əlavə Azərbaycana radar sistemləri, tank əleyhinə raketlər, minaatanlar, gecəgörmə cihazları və digər hərbi avadanlıq satır.
“Dördgünlük müharibə” dönəmində İsrail istehsalı olan “kamikadze” tipli pilotsuz uçuş aparatlarının uğurla istifadəsi Ermənistanda ciddi narahatlıq doğurub.