Ermənilər daha bir zabitinin və iki əsgərinin ölümünü təsdiqlədi
Ermənistan aprelin 2-dən 5-nə qədər Qarabağ cəbhəsində döyüşlər zamanı itirdiyi hərbçilərinin sayını açıqlamaqda davam edir.
APA TV-nin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan onlardan daha üçünün kimliyini açıqlayıb və onların fotolarını öz "Facebook" səhifəsində paylaşıb.
Bunlar 1997-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuş sıravi Qriqor Arutyunyan, 1993-cü ildə Ermənistanın Şirak şəhərində doğulmuş leytenant Aşot Şahbazyan və 1997-ci ildə Ermənistanın Kotayk rayonunda dünyaya gələn, serjant Karen Nersisyandır.
Xatırladaq ki, Ermənistan tərəfi aprelin 5-dən döyüş meydanında qalan hərbçilərinin meyitlərini götürdükdən sonra itkilərini 1 həftədir açıqlamaqda davam edir.