Yasamalda dəhşətli intihar hadisəsi - REAL KADRLAR
Bakıda intihar hadisəsi baş verib. APA TV-nin məlumatına görə, aprelin 12-də saat 12:00 radələrində rayonun Şərifzadə küçəsində qeydə alınıb.
Şəxsiyyəti hələlik məlum olmayan 20-25 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Hadisə şahidlərinin sözlərinə görə, qızı dəfələrlə fikrindən daşınmağa çalışsalar da, o, heç kimi dinləmək istəməyib: "Tində dayanmışdı, bir də gördük, özünü tulladı. Əvvəl ağaca dəydi, sonra isə asfalta düşdü". Qadın bir neçə dəfə geri qayıtsa da, yenidən damın kənarına yaxınlaşaraq, özünü yerə atıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a bildirib ki, Şərifzadə küçəsindəki 9 mərtəbəli binanın damından özünü ataraq intihar edən şəxs 1996-cı il təvəllüdlü Jalə Ağası qızı Ağayeva olub.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.