Xaçmazda velosipedçini maşın vurdu
Bu gün Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 90 OP 043 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşın şəhərin Nəriman Nərimanov küçəsində hərəkətdə olan velosipedçini vurub.
Müxtəlif bədən xəsarətləri alan 1993-cü il təvəllüdlü Kamil Ədalət oğlu Absəlimov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.