Düşmən itkilərinin artdığını etiraf edir: daha üç hərbçinin ölümü təsdiqləndi

Ermənistan aprelin 2-dən 5-nə qədər Qarabağ cəbhəsində döyüşlər zamanı itirdiyi hərbçilərinin sayını açıqlamaqda davam edir.

 

APA TV-nin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan onlardan daha üçünün kimliyini açıqlayıb və onların fotolarını öz "Facebook" səhifəsində paylaşıb.

Bunlar 1996-cı ildə Ermənistan Respublikasının Artik rayonunda doğulan əsgər Armen Andreasyan, Ermənistanın Arabkir rayonunda 1995 və 1997-ci ildə anadan olan sıravilər Baqrat Aleksanyan və Tiqran Berakçyandır.  

Xatırladaq ki, Ermənistan tərəfi aprelin 5-dən döyüş meydanında qalan hərbçilərinin meyitlərini götürdükdən sonra itkilərini 1 həftədir açıqlamaqda davam edir.

 

Müəllif | Apa.Tv
Apa.tv