Ermənistanda anti-Rusiya mitinqi keçiriləcək - SİLAH TƏLƏBİ
Bu gün Ermənistanın paytaxtında Rusiya əleyhinə etiraz aksiyasının keçiriləcəyi gözlənilir.
APA TV-nin Ermənistan mediasına istinadən yaydığı xəbərə görə, aksiyanın keçirilməsinə səbəb Rusiyanın son günlər cəbhədə baş verən döyüşlərdə sərgilədiyi mövqe və silah satışıdır.
Aksiya iştirakçıları Rusiya əleyhinə şüarlar səsləndirərək, rəsmi Moskvanın Bakıya silah satışını dərhal dayandırmasını tələb edəcəklər. Etiraz aksiyası İrəvanın Azadlıq meydanından başlayacaq və Rusiyanın Ermənistandakı səfirliyi qarşısında başa çatacaq.
Qeyd edək ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozin Ermənistanın tələblərinə cavab olaraq Moskvanın strateji tərəfdaşı kimi Azərbaycana silah satmaqda davam edəcəyini bildirib və bu da erməniləri qəzəbləndirib. Ermənilər Rusiyanı xəyanətdə ittiham edir, ölkənin prezidenti və müdafiə naziri də Azərbaycana silah satılmasına sərt etiraz edib.