Avro ucuzlaşdı, rubl bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dəyişməyib. Mərkəzi Bank dolların kursunu 1,5264 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,7349 manat olaraq açıqlanıb.
Rusiya rublunun məzənnəsi isə artıb. Hazırda 1000 Rusiya rublu 23 manat 30 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.