Türkiyədə PKK iki əsgəri snayper atəşi ilə şəhid etdi
Türkiyədə terroristlərlə atışmalarda 2 hərbçi şəhid olub. APA TV-nin Türkiyə mediasına istinadən məlumatına görə, Şırnak vilayətində baş verən atışmalarda 1 əsgər hadisə yerində şəhid olub, 4 isə ağır yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb. Türkiyə Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, əsgərlərə snayperlər atəş açıb. Hazırda bölgədə terroristlərə qarşı hərbi əməliyyatlar davam edir.