Neftin hasilat həcmi İransız dondurulacaq - RUSİYA VƏ SƏUDİYYƏ RAZILAŞDI

Rusiya və  Səudiyyə Ərəbistanının nümayəndələri neft hasilatının həcminin dondurulmasına dair konsensusa nail olublar. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, bu barədə razılıq Səudiyyə Ərəbistanı və Rusiya nümayəndələri arasında baş tutan görüş zamanı əldə edilib.
 

Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı ilk dəfə olaraq İranın iştirakı olmadan neft hasilatının dondurulmasına razılıq verib. Bundan əvvəl Səudiyyə Ərəbistanı İranın da neft hasilatının dondurulması sazişinə qoşulmaq istəmədiyini əsas gətirərək  sövdələşməyə hazır olmadığını bildirirdi.  

 

Qeyd edək ki, İran, öz növbəsində, neft hasilatının həcmini əvvəlki səviyyəyə (sanksiyalar tətbiq olunandan əvvəl) çatdıranadək  neft hasilatının dondurulması sazişinə qoşulmaq niyyətində olmadığını bildirib. 

Müəllif | Apa.Tv
Apa.tv