Ermənistan Qarabağda itirdiyi hərbçilərin bu günə olan siyahısını açıqladı
Erməni tərəfi aprelin 2-dən 5-nə qədər Dağlıq Qarabağ cəbhəsində baş verən döyüşlərdə bu günə olan itkilərinin sayını açıqlayıb.
APA TV-nin Ermənsitan mənbələrinə istinadən məlumatına görə, qarşı tərəf ölən hərbçilərinin sayının 68 olduğunu bildirib.
Onların əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Düşmənin döyüşlər zamanı itirdiyi hərbçilərinin 20 nəfərə yaxını yüksək rütbəli zabitlərdir.
Xatırladaq ki, Ermənistan tərəfi itkilərinin daha çox olduğunu istisna etmir və siyahını açıqlamaqda davam edir.