İŞİD "Allahın qapıları"nı dağıtdı
İŞİD İraqda növbəti tarixi abidəni dağıdıb. APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, terrorçular 2 min yaşı olduğu deyilən "Allahın qapıları" adlanan tikilini partladıb.
İraqın Dövlət Memarlıq İdarəsindən hələlik fakt təsdiqlənməyib.
Xatırladaq ki, "Allahın qapıları" adlanan tarixi abidə Assuriya şəhəri olan Nineviyanın ən böyük giriş qapılarından olub.