Hərbi maşın dərəyə yuvarlandı: 1 ölü, 1 yaralı

Azərbaycanda hərbi maşın dərəyə yuvarlanıb, ölən və yaralanan var

 

Hadisə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “Ural” markalı yük maşını dərəyə yuvarlanıb.

 

Nəticədə sürücü, müddətdən artıq xidmət edən hərbi qulluqçu, 39 yaşlı  Məmməd Hüseynov yerindəcə keçinib.

 

Maşında olan əsgər İlkin Orucov isə müxtəlif bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı