Səudiyyənin neft naziri: "Rusiya ilə razılaşmamışıq"

Səudiyyə Ərəbistanının neft naziri Rusiya və ölkəsi arasında neftin hasilat həcminin dondurulması barədə heç bir razılaşmanın olmadığını bəyan edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Əli əl-Nəimi bildirib ki, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

Xatırladaq ki, bir müddət əvvəl Rusiya və krallıq arasında belə bir konsensusa nail olduğu açıqlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv