Düşmənin atıb qaçdığı çoxlu silah, məxfi sənədlər və texnika ələ keçirildi

Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı döyüş qarşıdurması zamanı Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən əks-həmlələrdən çoxsaylı itkilər verərək məğlubiyyətə uğradılan düşmən ordusunun döyüş meydanında atıb qaçdıqları silah-sursat, gecəgörmə cihazları, döyüş sənədləri, avtomobil texnikası və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən ələ keçirilib.

 

APA TV-nin məlumatına görə, Müdafiə Nazirliyinin rəsmi saytında və "Facebook" səhifəsində həmin silah-sursatın və avadanlığın fotoları yayılıb.

Müəllif | Apa.Tv
Apa.tv