Sabah paytaxtda hava küləkli olacaq
Aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var, şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi bölgələrdə şərq küləyi əsəcəyi bildirilir. Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.