Ermənilər "dördgünlük müharibə"də itirdikləri hərbçilərin sayının artdığını açıqladı

Ermənistan Müdafiə Nazirliyi bu gün açıqladığı aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində  itirdiyi 68 nəfərlik siyahısına daha 6 hərbçisinin adını əlavə edib. APA TV-nin məlumatına görə, onların kimliyini erməni mənbələri təsdiqləyib.

Bununla da "dördgünlük müharibə"də düşmən itkilərinin 74 nəfər olduğunu bildirib. Ermənistan tərəfi bu siyahının son olmadığını etiraf edir.

Xatırladaq ki, bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası döyüş bölgəsindən daha bir erməni hərbçisinin meyitinin də aşkarlandığını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv