Azərbaycan prezidenti Türkiyədə işgüzar səfərdədir

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gediblər.

 

APA TV-nin məlumatına görə, İstanbulun Atatürk Beynəlxalq hava limanında prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Müəllif | Apa.Tv
Apa.tv