Erməni hərbçisi başından güllələndi
Ermənistanda hərbçi ölüb. APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, müddətli hərbi xidmət hərbi qulluqçusu Sevak Xaçatryanın meyiti qulluq etdiyi hərbi hissənin yaxınlığında aşkar edilib.
Hərbçinin başından güllələndiyi bildirilib. Araşdırmalar başlanıb.