Rusiyanın xarici borcunun məbləği açıqlandı

Rusiya Federasiyasının 2016-cı il 1 aprel tarixinə olan xarici borcu açıqlanıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ölkənin xarici borc məbləği 0,04 faiz artaraq 516,1 milyard dollar təşkil edib.

Bu məlumat Rusiya Mərkəzi Bankının açıqladığı son hesabatda öz əksini tapıb. Cari ilin əvvəlində Rusiya Federasiyasının xarici borc məbləği 515,85 milyard dollar olub. Mərkəzi Bankdan verilən açıqlamada borc məbləğinin son 5 ilin ən aşağı həddində olduğu bildirilib. Rusiyanın əsas bankının yaydığı məlumatda cari ilin 1-ci rübündə xarici borc məbləğinin ödəniş əməliyyatları zamanı yaranan müsbət valyuta dəyərləndirməsi nəticəsində artdığı bildirilib. Mövcud borc məbləğinin 92 faizi bank və digər iqtisadi sahələrin payına düşür.

Xatırladaq ki, daha öncə Rusiyanın xaricdən borc şəklində vəsait cəlb etməkdən qərbin təsiri ilə imtina edəcəyi bildirilirdi.

Müəllif | Apa.Tv
Apa.tv