“Qalatasaray” - “Fənərbaxça” oyununda “Beşiktaş” üçün “hədiyyə” heç-heçə

Türkiyə Super Liqasında çempionluq yarışına damğa vuran əsas oyunlardan birində “Qalatasaray” və “Fənərbaxça” 0:0 hesablı heç-heçə oynayıb. Bu nəticə iki klubdan heç biri üçün sərfəli olmasa da, lider “Beşiktaş”ı sevindirib.

 

Qarşılaşmanın ilk dəqiqələrində “Qalatasaray”ın qapısında iki təhlükəli vəziyyət yaransa da, “Qalatasaray”lı futbolçular ötürmələrlə “Fənərbaxça”nın oyunçularının təzyiqini dəf etməyi bacarıb. Oyuna nəzarəti ələ alan “sarı-qırmızı”lar qol vəziyyətləri yaratmaqda çətinlik çəkiblər.

 

Hücumlardan birində “Qalatasaray”dan Lukas Podolski topu qapıdan keçirsə də, hakim mübahisəli oyundankənar vəziyyət qərarı ilə qolu hesaba almayıb.

 

“Fənərbaxça” oyunun sonrakı hissəsində yaxşı müdafiə olunmaqla “Qalatasaray”a qol şansı verməyib. Bununla belə, “Fənərbaxça” futbolçularının özləri də fərqlənə bilməyiblər və bunda qapıçı Fernando Musleranın böyük əməyi olub.

 

Qol vura bilməməsi “Fənərbaxça”da əsəbi vəziyyət yaranmağa başlayıb və oyunun sonlarına yaxın eyni komandanın oyunçuları arasında gərginlik müşahidə olunub.

 

Bütün cəhdlərə baxmayaraq, oyunda qol vurulmayıb. Beləliklə, derbidən qazanclı çıxan “Beşiktaş” olub. “Fənərbaxça” xal sayını 61-ə çatdırıb və “Beşiktaş”da 5 xal geridədir.

 

 

Müəllif | Apa.Tv