Gəncə vağzalında 25 yaşlı gənc öldürüldü
Gəncədə qətl hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, ötən gün axşam saatlarında Gəncə şəhər sakini, 25 yaşlı Kərimov Tural Mustafa oğlu bıçaqlanmış vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Müayinə zamanı onun öldüyü məlum olub.
Gəncin şəhərin Dəmir Yol vağzalı yaxınlığında qətlə yetirildiyi bildirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.