Sərxoş sürücü qəza törədib, xəstəxanalıq oldu

Gəncə-Samux avtomobil yolunda ağır yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yolun Keçid küçəsindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan "VAZ-21011" markal avtomobil idarəetmədən çıxaraq yolun kənarında səkiyə və dirəyə çırpılıb. Qəza nəticəsində sürücü, 41 yaşlı Elxan Məmmədov ağır bədən xəsarəti alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun qəzanı sərxoş vəziyyətdə törətdiyi və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv