Dollar, avro və rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi azalıb. Mərkəzi Bank dolların kursunu 1,5218 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,7139 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun da məzənnəsi azalıb. Hazırda 1000 Rusiya rublu 23 manatdır.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv