Lukaşenko İstanbulda Ərdoğanla görüşdü: Belarusla Türkiyə əlaqələri genişləndirir

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsi ilə Türkiyə arasındakı birgə əməkdaşlığı aktivləşdirməyi təklif edir.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu təklifi o, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşü zamanı səsləndirib.

"Hər iki ölkə arasındakı əməkdaşlığı genişləndirmək, eləcə də gündəmin müəyyənləşdirilməsi və qarşılıqlı münasibətlər üçün yol xəritəsinə düzəliş edilməsinin vaxtı çoxdan çatıb", - deyə, Lukaşenko bildirib.

Qeyd edək ki, daha öncə Aleksandr Lukaşenko Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrin dərinləşməsinin vacibliyi barəsində də bəyanatla çıxış etmişdi.

Müəllif | Apa.Tv
Apa.tv