Ukraynanın yeni baş naziri seçildi

Ukrayna Ali Radası Arseni Yatsenyukun baş nazir vəzifəsindən istefasını qəbul edib və Vladimir Qroysmanın bu posta təyin olunmasına razılıq verib.

 

APA TV-nin Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Ali Rada bu gün Vladimir Qroysmanın namizədliyini 257 səslə təsdiqləyib.

 

Xatırladaq ki, yeni baş nazir bundan əvvəl parlamentin sədri idi. 1978-ci il təvəllüdlü Vladimir Qroysman Ukraynanın tarixində ən gənc hökumət başçısıdır.   

Müəllif | Apa.Tv
Apa.tv