İƏT-nin baş katibi: "Ermənistan ordusu Qarabağdan dərhal çıxmalıdır"

“Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan qoşunlarını çəkmir”.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən XIII Zirvə toplantısında İƏT Baş katibi İyad Madani deyib.

 

Baş katib bildirib ki, işğal illərdir davam edir. “BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına erməni tərəfi əməl etmir. Biz problemin tezliklə həll olunmasını istəyirik. İşğalçı ordu tez bir zamanda zəbt etdiyi torpaqlardan çıxmalıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın suverenliyi qəbul edilməlidir”, - deyə baş katib qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv