Astarada arvadının qulaqlarını kəsən ər həbs olundu - NƏHAYƏT!

Azərbaycanın Astara rayonunda həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən rayonun Kələdəhnə kənd sakini, 33 yaşlı Çingiz Mehdiyevin həbs olunması barədə sanksiya verilib. Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, Mehdiyev prokurorluğun sanksiyasına əsasən, həbs olunaraq istintaq orqanlarına təhvil verilib.

 

Astara Rayon Prokurorluğundan isə məsələ ilə bağlı hər hansı açıqlama verməkdən imtina ediblər.

 

Çingiz Mehdiyev 9 il öncə ailə həyatı qurduğu 28 yaşlı həyat yoldaşı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, onun əl-qolunu bağlayaraq, işgəncələr verməkdə, müxtəlif bədən xəsarətləri yetirməkdə təqsirləndirilir. Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Bir həftə Astara Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan həyat yoldaşı Nisə  Xəlilova isə hazırda palataya keçırilib.

 

Müəllif | Apa.Tv
Apa.tv