Elçin Quliyev Cəlilabadda vətəndaşları qəbul etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunları Komandanı, general-polkovnik Elçin Quliyev aprelin 14-də Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayonlarının sakinlərini qəbul edib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, qəbul zamanı DSX-də xidmətə qəbul, sosial müavinətlərin verilməsi, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, tibbi yardımın göstərilməsi,  yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı E.Quliyevə müraciətlər olunub.

 

Vətəndaşların müraciətlərini, şikayət və təkliflərini diqqətlə dinləyən DSX rəisi əksər məsələlərin yerindəcə həll olunması üçün tabeliyindəki strukturların rəhbərlərinə göstərişlərini verib.

 

DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınmaqla baxılmasının təşkili üçün nəzarətə götürülüb.

Müəllif | Apa.Tv