Astarada qəbir daşlarını sındıran şəxs tutuldu

Astara rayonunun Şiyəkəran kənd əsil vandalizm əməli törədilib. Kənd qəbiristanlığında 20-dək məzar daşı sındırılaraq yararsız vəziyyətə salınıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında törədilib. Sakinlər gündüz qəbiristanlığa daxil olarkən dəhşətli mənzərənin şahidi olublar.

 

Hadisə barədə dərhal rayonun hüquq-mühafizə orqanlarına məlumat verilib. Kəndə gələn polis əməkdaşları ilkin araşdırmalardan sonra Şiyəkəran kənd sakini,  əvvəllər məhkum olunmuş, 46 yaşlı Firudin Eynəli oğlu Babayevi şübhəli şəxs qismində saxlayıblar.

 

Hazırda Astara Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv