Putin canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışdı

Rusiya prezidenti Vladimir Putin növbəti dəfə ölkə vətəndaşları ilə canlı efir vasitəsilə ünsiyyətdə olub.

 

APA TV-nin məlumatına görə, hər zaman olduğu kimi, bu dəfə də ölkə vətəndaşları Kreml rəhbərinə telefon, sms və xüsusi internet saytı vasitəsilə daxili və xarici siyasət, beynəlxalq münasibətlər, eləcə də iqtisadiyyat sahələri də daxil olmaqla, onları maraqlandıran mövzularda sual ünvanlamaq imkanı qazanıblar.

 

Rusiya lideri Dağlıq Qarabağ məsələsi ilə bağlı sualı da cavablandırarkən, bu mövzunun kifayət qədər həssas olduğuna diqqət çəkib: "Mən elə gəlir ki, biz bu mövzuya ehtiyatlı yanaşmalıyıq. Bu, çoxdankı münaqişə, çoxdankı problemdir, dondurulmuş vəziyyətdə idi, təssüflər olsun ki, orada qığılcım baş verdi. Biz əlimizdən gələni edəcəyik ki, bu münaqişə həll olunsun, hər iki tərəf üçün məqbul sayılan həll yolu tapılsın. Əlbəttə ki, Dağlıq Qarabağla bağlı uzunmüddətli həlli lazımdır. Bu, istisnasız olaraq siyasi həll yoludur".

O bildirib ki, bu məsələnin həllində mütləq güzəşt tapılmalıdır. "Mənə elə gəlir ki, biz hələ bir neçə il əvvəl hər iki tərəfə sərf edən güzəşti tapmışdıq. Təəssüflər olsun ki, belə deyilmiş. Beynəlxalq strukturlar çərçivəsində və ikitərəfli formatlarda münaqişənin həlli istiqamətində işlərimizi davam etdirəcəyik. Kimin nə deməsindən asılı olmayaraq, Rusiya bu münaqişənin həllində maraqlıdır. Biz həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edirik", - deyə, Putin əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv