Dolların məzənnəsi dəyişmədi
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının aprelin 15-ə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi aprelin 15-ə bu günlə müqayisədə dəyişməyərək 1,5218 səviyyəsində müəyyən olunub.