Prezident İlham Əliyev Əhməd Davudoğlu ilə görüşüb
Prezident İlham Əliyev aprelin 14-də Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
APA TV-nin məlumatına görə, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olması bildirib, ölkələrimiz arasında dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.
Söhbət zamanı 30-dan çox dövlət başçısının iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatının XIII sammitinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan prezidenti İlham Əliyev sammitin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzulayıb.
Görüşdə son vaxtlar Dağlıq Qarabağda cəbhə bölgəsində baş verən hadisələrlə bağlı fikir mübadiləsi də aparılıb.