İlker Başbuğ: "Ən böyük istəyim Azərbaycan və Türkiyənin tək dövlət olmasıdır"

"Mənim ən böyük istəyim Türkiyə ilə Azərbaycanın birləşərək tək dövlət olmasıdır. Onsuz da "tək millət, iki dövlət" deyilir. Tərcüməçiyə ehtiyac olmadan danışırıq. Amma mümkün deyil, imkan verməyəcəklər. Kaş bu mümkün olaydı".

 

APA TV-nin məlumatına görə, bu sözləri Türkiyə Silahlı Qüvvələrinin sabiq qərargah rəisi İlker Başbuğ qatıldığı bir tədbirdə deyib.

 

Onun sözlərinə görə, Türkiyənin regionda böyük gücə çevrilməsinə, böyük dövlətlər qısqanclıqla yanaşır. İ.Başbuğ  qeyd edib ki, regionda lider dövlət olmağın yolu güclü siyasət, iqtisadiyyat və güclü orduya sahib olmaqdan keçir. Türkiyə-Rusiya münasibətlərinə də toxunan sabiq qərargah rəisi qeyd edib ki, iki dövlət arasındakı bu gərginlik çox davam etməyəcək.

 

"Əgər bir siyasi çılğınlıq edilməsə Rusiya-Türkiyə münasibətləri əvvəlki vəziyyətinə qayıdacaq" - deyə Başbuğ vurğulayıb. 

Müəllif | Apa.Tv
Apa.tv