Yaponiyada güclü zəlzələ oldu: ölənlər var
Yaponiyanın Kumamoto prefekturası yaxınlığında güclü zəlzələ baş verib. APA TV-nin məlumatına görə, 6,5 bal gücündə baş vermiş zəlzələ nəticəsində 3 nəfər ölüb.
Güclü yeraltı təkanlar təxminən 20-yə yaxın evi dağıdıb. Yeraltı təkanlardan ən çox Masiki qəsəbəsi zərər çəkib. Burada 20 binanın uçduğu, yanğınların baş verdiyi və magistral yolun sıradan çıxdığını bildirilir.
Təbii faciə nəticəsində təxminən 200 yerli sakin zərər çəkib. Zəlzələnin episentri Küsü adasında 20 km dərinlikdə qeydə alınıb.
Ölənlərdən iki nəfər dağılan evlərin uçqunları altında qalaraq həlak olub. Daha bir nəfər isə ürəktutmasına görə ölüb. Xəstəxanalara müxtəlif zədələr almış təxminən 200 yerli sakin daxil olub.