Əfqanıstanda 40 İŞİD-çi məhv edildi

Əfqanıstanın Nanqarhar əyalətində hava zərbəsi nəticəsində İŞİD terror qruplaşması ilə əlaqəli 40 silahlı məhv edilib.

 

APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

 

Məlumata görə, hava zərbəsi ötən gün yerli vaxtla saat 19.20 radələrində Açin rayonu yaxınlığındakı əraziyə  endirilib.

 

Zərbənin Əfqanıstan ordusu və ya ABŞ hərbçiləri tərəfindən endirildiyi məlum deyil. Bölgədə terrorçulara qarşı hərbi əməliyyat isə davam edir.

Müəllif | Apa.Tv
Apa.tv