Gəncədə 20 yaşlı Bakı sakini güllələndi

Gəncədə güllələnmə olub. APA TV-nin qərb bürosunun xəbərinə görə, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Mətləb Ələkbər oğlu Həsənzadə sağ bud nahiyəsinin güllə yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı zəmində baş verdiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli