AKP millət vəkili: “Qarabağ üçün hamımız şəhid olmağa hazırıq”

AKP İğdır millət vəkili Nurəddin Aras Dağlıq Qarabağda hərbi əməliyyatlarda şəhid olmuş Qalib Orucəliyevin ailəsinə başsağlığı vermək üçün bir qrup iğdırlı ilə Naxçıvana gedib. APA TV-nin məlumatına görə, millət vəkili şəhidin yas məslisində iştirak edib, Qalib Orucəliyevin əmisi Elmar Orucəliyevə başsağlığı verib. Nurəddin Aras Qarabağ şəhidlərinin acısını Azərbaycanda olduğu kimi İğdırda yaşayan soydaşlarımızın bölüşdüyünü deyib: “Qarabağ şəhidlərinin acısını bilər də ürəyimizdə bölüşürük. Allah şəhidlərimizə rəhmət eləsin. Qarabağ üçün hamımız şəhid olmağa hazırıq”. 

Müəllif | Apa.Tv
Apa.tv