Rəssamlar Birliyi və Bəstəkarlar İttifaqının sədrləri hərbçilərlə görüşdülər

Rəssamlar Birliyi və Bəstəkarlar İttifaqının nümayəndələri Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində olublar. APA TV-nin xəbərinə görə, Azərbaycan Rəssamlar Birliyinin sədri Fərhad Xəlilov və Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə nazirliyin Təlim və Tədris Mərkəzinin şəxsi heyəti ilə görüşüblər.

TTM-in simulyator sinfinə baş çəkən qonaqlar burada BMP-2 tipli piyadaların döyüş maşınlarını idarə edən heyətin təlimi ilə tanış olublar. Döyüş maşınının komandir və sürücü-mexanik heyəti öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova