Məzahir Pənahov yenidən MSK sədri seçildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

 

APA TV-nin məlumatına görə, iclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.

 

İclasda Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev də iştirak edib.

 

Məzahir Pənahov yenidən MSK sədri seçilib. Sədr ona göstərilən etimada görə komissiya üzvlərinə təşəkkür edib.

 

Natiq Məmmədov MSK sədrinin müavini, Mikayıl Rəhimov və Arifə Muxtarova isə MSK-nın katibi seçiliblər.

 

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılaraq, qəbul edilib.

Müəllif | Apa.Tv
Apa.tv