Toydan qayıdanda qəzada öldülər - FACİƏ

Kürdəmirdə toydan qayıdan avtomobil yük maşını ilə toqquşub, 2 nəfər ölüb, 3 azyaşlı xəsarət alıb. APA TV-nin xəbərinə görə, hadisə Çöhranlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil Sığırlı kənd sakini Gulağa Fərzəliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə “VAZ-2106”-da olan sərnişinlər Zülfüqar Zeynalov və sürücünün anası, 1940-cı il təvəllüdlü Zeyvə Ağasalı qızı Umudova  aldıqları xəsarətdən ölüblər. Sürücü  E. Umudov və onun azyaşlı övladları - 2008-ci il təvəllüdlü Şükür, 2009-cu il təvəllüdlü Müslüm, 2005-ci il təvəllüdlü Sahil, həmçinin 1971-ci il təvəllüdlü Hüseynov Səyyad müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. S.Hüseynov və Sahil Bakıdakı xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov