Döyüşlərdən sonra ərazilərdən aşkarlanan partlamamış mərmi və minaların yerləri və sayı açıqlandı
Cəbhəyanı kəndlərdə xeyli sayda partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
ANAMA-dan APA-ya verilən məlumata görə, Agentlik tərəfindən bu gün Tərtər, Goranboy və Füzulirayonlarında PHS-lərin aşkarlanması əmnəliyyatı aparılıb.
Tərtər rayonunun Qapanlı kəndində 4 ev və həyətyani sahələrdə 13 partlayış 13, Şıxarx kəndində əkin sahəsində 1 ədəd partlamamış 152 mm-lik top mərmisi, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 5 ədəd partlamış və 1 ədəd partlamamış 100 mm-lik top mərmisi, Füzuli rayonunun Horadiz şəhəri və şəhər ətrafında 11 partlamış sursat aşkar olunub.
Ümumilikdə, ANAMA tərəfindən 7-15 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 247 ev və həyətyanı sahəyə, 5 ferma və 1 əkin sahəsinə baxış kecirilib, 51 ədəd PHS aşkar olunaraq, zərərsizləşdirilib.